Kanadanın Albert Universitetinin mütəxəssisləri müəyyənləşdiriblər ki, yüksək miqdarda zülalla qidalanma orqanizmdəki piyin əridilməsi üçün ən yaxşı pəhrizdir.
“QİA.AZ” xəbər verir ki, bu barədə “The American Journal of Clinical Nutrition” yazıb.
Alimlər 43 könüllü üzərində qidalanmanın müxtəlif növləri ilə maddələr mübadiləsini araşdıraraq, göstəriciləri tədqiq ediblər. Birinci qrup gündəlik kalori istehlakını yüksək zülallı kokteyllər, ikincisi qrup isə müntəzəm qidalar vasitəsilə alıb.
Məlum olub ki, tədqiqatın birinci qrupdan olan iştirakçıları daha çox kilokoloridən istifadə ediblər. Tədqiqatın müəllifləri bunu onuna izah edirlər ki, zülal metabolizmi sürətləndirir. Buna görə də zülalla qidalanma orqanizmdəki piyin əridilməsi üçün ən yaxşı pəhriz üsuludur.