Danimarkanın Kopenhagen Universitetinin alimləri Qrenlandiyaya səfər zamanı təsadüfən dünyanın şimal qütbündəki ən ucqar adanı kəşf ediblər.
QİA.AZ-ın xəbərinə görə, bu barədə “Reuters” yazıb.
“Bizim yeni torpaq sahəsini kəşf etmək məqsədimiz yox idi, sadəcə torpaq nümunələrini yığmaq istəyirdik”, – tədqiqatçı Morten Raş bildirib.
Mütəxəssisin sözlərinə görə, ekspedisiya qrupu əvvəlcə quru sahəsinin 1978-ci ildə kəşf edilmiş Oodaak adası olduğunu zənn edib. Lakin geolakasiya yoxlamasından sonra məlum olub ki, alimlər başqa quru sahəsi ərazisindədir.
Onu “Kekertak Avannarlek” adlandırmağı təklif ediblər. Bu, “Ən ucqar şimal adası” deməkdir.
Alimlər həmçinin müəyyənləşdiriblər ki, ada təxminən 30 metr enindədir. Onun dəniz səviyyəsindən maksimal hündürlüyü üç metrə çatır.