19 saylı Şəhər Poliklinikasının baş həkimi dünyasını dəyişib.
Faktı “QİA.AZ”a təsdiqləyən poliklinikanın əməkdaşı bildirib ki, Əzizağa Şıxəliyev 63 yaşında dünyasını dəyişib.
Poliklinikadan bildirilib ki, koronavirusa yoluxan mərhum bülleten götürərək evində müalicə alırmış. O, ötən həftənin şənbə günü vəfat edib.
Qeyd edək ki, Ş.Əzizağa Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin bacısı oğludur. Xəbəri ilk olaraq unikal.org saytı yayıb.