Almaniya əhalisinin üçdə biri tam peyvənd olunub

İyn25,2021

Almaniyada əhalinin üçdə birindən çoxu koronavirusa qarşı tam peyvənd olunub.

“QİA.az” TASS-a istinadən xəbər verir ki, bu barədə səhiyyə naziri Yens Spahn mətbuat konfransında bildirib.

O deyib ki, bu günədək Almaniyada koronavirusa qarşı 70,5 milyondan artıq iynə vurulub: “44 milyon vətəndaşa, yəni 52,9 faizə ən azı bir doza dərman vurulub, 28,3 milyon isə, yəni hər üç nəfərdən birindən çoxu tam qoruma əldə edib”.

Nazir hazırda “Delta” variantının yayıldığı bir vaxtda ikinci dərman vurdurmağın daha mühüm olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Almaniyada koronavirusa qarşı peyvəndləmə dekabr ayının sonunda başlayıb. Ölkədə “Pfizer” – “BioNTech”, “Moderna”, “AstraZeneca”, “Johnson & Johnson” istehsalı dərmanlardan istifadə olunur.

Oxşar Xəbərlər