Almaniya kuboku: “Bavariya” “Ulm”u darmadağın etdi

Almaniya kubokunun 1/32 final mərhələsində “Bavariya” səfərdə 2-ci Bundesliqanı təmsil edən “Ulm”u darmadağın edib – 0:4.

Oxu.Az xəbər verir ki, matçın 15-ci dəqiqəsində “Bavariya” iki dəfə fərqlənib. 34 yaşlı Tomas Müller dubla imza atıb.

Matçın sonlarına yaxın ehtiyatdan meydana daxil olan Kinqsli Koman oyunu qalibiyyətə yaxınlaşdırdı. Ona münhenlilərin yayda yeni gələn oyunçusu Mixael Olise köməklik edib. Yekun hesabı 90+3-cü dəqiqədə Harri Keyn qoyub.

Bu, “Bavariya”nın Vinsent Kompaninin rəhbərliyi altında debüt rəsmi oyunu idi. “Börnli”nin keçmiş baş məşqçisi 2023/24 mövsümünün sonunda Tomas Tuheli əvəz edərək münhenlilərin komandasına rəhbərlik edib.

Qeyd edək ki, avqustun 20-də “Bavariya” İsveçrənin “Qrasshoppers” komandası ilə yoldaşlıq oyunu keçirəcək, 25-də isə Bundesliqanın 1-ci turu çərçivəsində səfərdə “Volfsburq”la qarşılaşacaq.

Ulm 2024/25 mövsümündə ardıcıl üçüncü məğlubiyyətini qazanıb. Yeni İkinci Bundesliqanın startında komanda “Kayzerslautern” (1:2) və “Reqensburq”a (0:1) məğlub olub.

Oxşar Xəbərlər