Almaniya Superkuboku uğrunda həlledici matçda ölkə çempionu “Bayer Leverkusen” “Ştutqart”la qarşılaşıb.
Oxu.Az xəbər verir ki, oyun Leverkuzendəki “BayArena”da keçirilib.
11-ci dəqiqədə “Bayer”nin hücumçusu Viktor Bonifase hesabı açıb. 15-ci dəqiqədə “Ştutqart”ın yarımmüdafiəçisi Enzo Milhaud hesabı bərabərləşdirib.
İlk hissənin sonlarına yaxın “Bayer” azlıqda qalıb. Üstəlik, komandanın baş məşqçisi Xabi Alonso da sarı vərəqə alıb.
Azlıqda qalan komanda ikinci hissədə qapısında bir qol daha görsə də, 88-ci dəqiqədə bərabərliyə nail olub – 2:2.
Matçın sonunda penaltilərdə isə Leverkuzendən olanlar daha uğurlu olub – 4:3.
Beləliklə, “Bayer Leverkusen” Almaniya Superkubokunun sahibi olub.