Almaniyada son bir gündə 11 mindən çox koronavirusa yeni yoluxma halı və 400-ə yaxın ölüm faktı qeydə alınıb.
“QİA.AZ” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 yoluxması ilə bağlı statistika aparan Robert Kox İnstitutunun məlumatında göstərilir.
Belə ki, Almaniyada son 24 saat ərzində COVID-19 xəstələri arasında 399 ölüm halı qeydə alınıb, 11 192 nəfər isə yeni növ virusa yoluxub.
Almaniyada pandemiyanın başlanğıcından bəri ümumilikdə 2 216 363 yoluxma halı və 56 945 ölüm faktı təsbit edilib. 1,9 milyondan çox insan sağalıb.