Almaniyada bir gündə 900-dən çox insan koronavirusdan ölüb

Yan26,2021
Almaniyada bir gündə 900-dən çox insan koronavirusdan ölüb

Almaniyada son bir gündə 6 mindən çox koronavirusa yeni yoluxma halı və 900-dən çox ölüm faktı qeydə alınıb.

“QİA.AZ” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 yoluxması ilə bağlı statistika aparan Robert Kox İnstitutunun məlumatında göstərilir.

Belə ki, Almaniyada son 24 saat ərzində COVID-19 xəstələri arasında 903 ölüm halı qeydə alınıb, 6 408 nəfər isə yeni növ virusa yoluxub.

Almaniyada pandemiyanın başlanğıcından bəri ümumilikdə 2 148 077 yoluxma halı və 52 990 ölüm faktı təsbit edilib. 1,8 milyondan çox insan sağalıb.

Oxşar Xəbərlər