Almaniyada bir gündə minə yaxın koronavirus xəstəsi ölüb

Fev3,2021
Almaniyada bir gündə minə yaxın koronavirus xəstəsi ölüb

Almaniyada son bir gündə 9 mindən çox koronavirusa yoluxma halı və minə yaxın ölüm faktı qeydə alınıb.

“QİA.AZ” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniyanın Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 ilə bağlı statistika aparan Robert Kox İnstitutunun məlumatları göstərir.

Belə ki, İnstitutun məlumatına görə, Almaniyada son 24 saat ərzində COVID-19 xəstələri arasında 975 ölüm faktı və 9 705 yeni yoluxma hadisəsi təsbit edilib.

Bununla da Almaniyada pandemiyanın başlanğıcından bu yana yoluxanların ümumi sayı 2 237 790 nəfərə çatıb və təsdiqlənmiş xəstəliyi olan 58 956 pasiyentin ölümü qeydə alınıb.

Oxşar Xəbərlər