Almaniyada koronavirusa yoluxma hallarının sayı 1,6 milyonu keçib.
“QİA.AZ” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniya Səhiyyə Nazirliyinin strukturna daxil olan və ölkədə COVID-19 ilə bağlı statistika aparan Robert Kox İnstitutunun məlumatlarından görmək olar.
İnstitutun məlumatına görə, son sutka ərzində Almaniyada koronavirusa yoluxma hallarının sayı 25 533 vahid artıb, 412 nəfər isə COVID-19 qurbanı olub. Bununla da ölkədə aşkar olunan yoluxma hallarının ümumi sayı 1 612 648-ə çatıb. Pandemiya başlayandan bəri 29 182 COVID-19 xəstəsi ölüb.