Almaniyada tətbiq olunan karantin rejimi 31 yanvara qədər uzadılıb.
“QİA.AZ”ın məlumatına görə, bu barədə Almaniya kansleri Angela Merkel ilə əyalət baş nazirlərinin ötən gün keçirilən növbəti toplantsında qərar verilib. Ölkədə 31 yanvar tarixinədək qüvvədə olacaq məhdudiyyətlərə əlavə olaraq bəzi qərarlar da alınıb.
Son 7 gündə hər 100 min nəfərdə 200-dən çox koronavirusun aşkar edildiyi bölgələrdə insanlar yaşayış yerlərini 15 kilometrə qədər tərk edə bilərlər. İşə getmək və həkimə baş çəkmək kimi səbəblər məhdudiyyətlər sırasında yoxdur.
Epidemiyadan ən çox təsirlənən bütün qocalar evində xüsusi qoruma tədbirləri alınacaq. Mutasiya edilmiş və daha sürətli yayılan yeni COVID-19 növünün ötürmə zənciri daha yaxından izləniləcək. Məktəblər və uşaq bağçaları 31 yanvar tarixinə qədər bağlı qalacaq.
Almaniyaya risk bölgələrindən gələnlər üçün “2 test strategiyası” 11 yanvar tarixindən etibarən tətbiq ediləcək. Həmin qaydaya görə, COVID-19 testi ölkəyə girmədən əvvəl və ya 48 saat əvvəl verilməlidir. Sonra ölkəyə gələn şəxsin 10 günlük karantin müddəti başlamalıdır. 5 gündən sonra etdiyi COVID-19 testi mənfi olduqda, karantinə xitam verilə bilər.
Əsas ehtiyacların satıldığı mağaza və marketlərdən başqa bütün ticarət obyektləri bağlı qalacaq. Yanacaqdoldurma məntəqələri, avtomobil təmiri sexləri, apteklər, optiklər, banklar isə, açıq qalacaq. Gözəllik mərkəzləri, bərbərlər, masaj salonları bağlı qalacaq.
Restoranlara yalnız çatdırılma xidməti ilə işləməyinə icazə verilir. İctimai yerlərdə spirtli içki içmək qadağan olunur. Əyalət hökumətləri xəstələrin çox olduğu bölgələrdə əlavə tədbirlər ala bilərlər.
Kansler A.Merkel və əyalət baş nazirləri tədbirləri nəzərdən keçirmək üçün 25 yanvarda yenidən görüşəcəklər.