Almaniyada koronavirusa yoluxma sayı 2 milyonu ötdü

Yan15,2021
Almaniyada koronavirusa yoluxma sayı 2 milyonu ötdü

Almaniyada son sutkada daha 22 368 koronavirusa yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə COVID-19-a yoluxma sayı milyonu keçib.

“QİA.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

Belə ki, pandemiya başlayandan bəri Almaniyada 2 000 958 nəfərin yoluxduğu təsbit edilib.

Son gündə 1 113 xəstə koronavirusun səbəb olduğu xəstəlik nəticəsində ölüb. Ölkədə COVID-19 qurbanlarının ümumi sayı 44 994-ə çatıb.

Oxşar Xəbərlər