Almaniyada koronavirusdan ölənlərin sayı 50 mini ötdü

Yan22,2021
Almaniyada koronavirusdan ölənlərin sayı 50 mini ötdü

Almaniyada son sutkada 17 862 nəfərə COVID-19 diaqnozu qoyulub.

“QİA.AZ” xəbər verir ki, bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.

Son 24 saatda Almaniyada 859 nəfər pandemiyanın qurbanı olub. Beləliklə, ölkədə indiyədək 2 106 262 nəfərdə koronavirus qeydə alınıb. Onlardan 50 642 nəfər dünyasını dəyişib.

Almaniyada məhdudlaşdırıcı tədbirlər rejimi fevralın 14-dək uzadılıb.

Oxşar Xəbərlər