Almaniyada son sutka ərzində koronavirusdan ölüm hallarının sayı 952 vahid artıb. Bu, pandemiyanın başlanğıcından bəri maksimum göstəricidir.
“QİA.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə Robert Kox İnstitutu bildirib.
Qeyd olunub ki, bununla da Almaniyada COVID-19 qurbanlarının ümumi sayı 23 427 nəfərə çatıb.
Ötən gün ərzində ölkədə 27 728 yeni yoluxma halı qeydə alınıb, pandemiya dövründə ölkənin 1 379 238 sakini koronavirusa yoluxub.
Çərşənbə axşamı İnstitutun rəhbəri Lotar Viler Almaniyanın hazırda pandemiyanın ən ciddi dövrünü yaşadığını söyləyib.
Dekabrın 16-dan etibarən ölkədə azı gələn il yanvarın 10-dək davam edəcək yeni karantin tədbirləri qüvvəyə minib.