Almaniyada koronavirusdan sutkalıq ölüm sayında rekord qeydə alındı

Dek16,2020
Almaniyada koronavirusdan sutkalıq ölüm sayında rekord qeydə alındı

Almaniyada son sutka ərzində koronavirusdan ölüm hallarının sayı 952 vahid artıb. Bu, pandemiyanın başlanğıcından bəri maksimum göstəricidir.

“QİA.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə Robert Kox İnstitutu bildirib.

Qeyd olunub ki, bununla da Almaniyada COVID-19 qurbanlarının ümumi sayı 23 427 nəfərə çatıb.

Ötən gün ərzində ölkədə 27 728 yeni yoluxma halı qeydə alınıb, pandemiya dövründə ölkənin 1 379 238 sakini koronavirusa yoluxub.

Çərşənbə axşamı İnstitutun rəhbəri Lotar Viler Almaniyanın hazırda pandemiyanın ən ciddi dövrünü yaşadığını söyləyib.

Dekabrın 16-dan etibarən ölkədə azı gələn il yanvarın 10-dək davam edəcək yeni karantin tədbirləri qüvvəyə minib.

Oxşar Xəbərlər