Almaniyada maşinistlər iki həftə ərzində ikinci dəfə tətil elan edib

Almaniyada sərnişin qatarı maşinistləri ümumölkə tətili elan edib.

QİA.AZ-ın məlumatına görə, bu, son iki həftə ərzində ikinci tətil olub.

Qeyd olunur ki, maşinistlər əməkhaqlarının artırılmasını tələb edir. Tətil ölkə ərazisində dəmiryol hərəkətinin tam iflic olmasına gətirib çıxara bilər.

Xatırladaq ki, avqustun 11-də elan olunmuş tətil nəticəsində sərnişin qatarı reyslərinin 75 faizi təxirə salınmışdı.

Oxşar Xəbərlər