Almaniyada “omicron” ştammına görə hətta peyvənd edilmişlər üçün qapanmalar ola bilər

Dek 20, 2021

Almaniya həm COVID-19-a qarşı peyvənd olunmamış, həm də peyvənd olunmuş vətəndaşlara təsir edəcək məhdudlaşdırıcı tədbirlərin tətbiqi imkanını nəzərdən keçirir.

QİA.AZ yerli KİV-lərə istinadən xəbər verir ki, məhdudiyyətlərin Milad bayramından sonra tətbiq edilməsi planlaşdırılır. Bəzi məlumatlara görə, dekabrın 28-dən etibarən qapalı toplantılar, hətta orada olanlar peyvənd olunsa belə, 10 nəfərlə məhdudlaşdırıla bilər. Bununla belə, restoranlar, teatrlar və digər mədəniyyət müəssisələri hələ də açıq olacaq. Yalnız gecə klubları və rəqs meydançaları ictimaiyyət üçün tamamilə bağlanacaq.

Romada çıxış edən Almaniya kansleri Olaf Şolz bu cür məhdudiyyətləri dəstəkləməyə hazır olduğunu bildirib.

Çərşənbə axşamı Almaniyada vilayətlərin rəhbərlərinin iclasının keçiriləcəyi gözlənilir, bu görüşdə peyvənd edilmiş vətəndaşlar arasında “omicron” ştammının yayılması ilə əlaqədar şəxsi təmaslara məhdudiyyətlər qoymağa qərar veriləcəyi ehtimal edilir.

Oxşar Xəbərlər