Almaniyada peyvənd edilənlərlə bağlı yeni qaydalar qüvvəyə minib

Almaniyada COVID-19 əleyhinə tam peyvənd edilmiş və ya koronavirusdan sağalmlış vətəndaşlar üçün hüquqların genişləndirilməsi haqqında hökumət fərmanı qüvvəyə minib.

“QİA.az” xəbər verir ki, bu barədə DW məlumat yayıb.

Qeyd edilir ki, bu kateqoriyadan olanlar üçün komendant saatı, sosial əlaqə məhdudiyyətləri, həmçinin qeyri-qida mağazalarına, bərbərxanalara və ya muzeylərə gediş üçün məcburi ekspress testlər ləğv edilib.

Bununla belə, peyvənd edilmiş və xəstəlikdən sağalmış şəxslər üçün qoruyucu maskalardan istifadə və başqa vətəndaşlarla 1,5 metrlik sosial məsafə qaydalarına riayət olunması əvvəlki kimi məcburi xarakter daşıyır.

Oxşar Xəbərlər