Kürd əsilli almaniyalı futbolçu Deniz Naki Axen şəhərində saxlanılıb.
“QİA.AZ” “Welt” nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi cinayətkar təşkilatı idarə etməkdə və narkotik ticarəti ilə məşğul olmaqda şübhəli bilinir.
Axen prokurorluğundan bildirilib ki, Nakidən başqa digər bir şəxs də tutulub, onların PKK terror qruplaşmasının tərəfdarları olduğu təsdiqlənib.
Qeyd edək ki, Deniz Naki Almaniyanın “Bayer” (Leverkuzen) klubunun ikinci komandasında, Türkiyədə “Genclerbirliyi” və son olaraq “Amedspor”un formasını geyinib. O, 3 il əvvəl Türkiyədə terrorçu təşkilatını təbliğətməyə görə həbs edilib və 1 il 6 ay 22 gün həbsdə qalıb. Türkiyə Futbol Federasiyası 2018-ci ildə yarımmüdafiəçi ömürlük futboldan uzaqlaşdırıb.