Azərbaycan alpinistləri Qızılqaya dağ massivində dəniz səviyyəsindən 2783m hündürlükdə, adsız yüksəkliklərdən birində Vətən müharibəsində şəhid olmuş 2783 nəfər Silahlı Qüvvələrimizin hərbi qulluqçularının şərəfinə xatirə lövhəsi yerləşdirib.
“QIA.AZ” xəbər verir ki, Xarıbülbül gülü formasında hazırlanmış lövhə üzərində 2783 rəqəmi həkk olunub. Bu barədə sözügedən alpinistlər sosial şəbəkədə məlumat veriblər.
Qeyd olunub ki, Xınalıq-Qalaxudat yürüyüş marşurutunun yaxınlığında yerləşəcək bu lövhə gələcəkdə ərazidən keçən yerli və xarici turistlərin məlumatlandırılmasında mühüm rol oynayacaq.