Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov Paris Olimpiadasında ölkəmizi təmsil edəcək gimnastlar və nümayəndə heyəti ilə görüşüb.
QİA.az xəbər verir ki, bu barədə qurumun “Facebook” hesabında paylaşım edilib.
O, idmançılarımızın son hazırlıqları ilə tanış olub və onlara uğurlar arzulayıb.
Görüşdə, həmçinin gənclər və idman nazirinin müavini Mariana Vasileva da iştirak edib.
Qeyd edək ki, Fransa paytaxtında ölkəmizi bədii gimnast Zöhrə Ağamirova, batut gimnastikasında isə Selcan Mahsudova, həmçinin Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Zeynəb Hümmətova və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandası təmsil edəcək.