Alyaskanın cənub-şərqində 5,7 bal gücündə zəlzələ baş verib.
QİA.AZ-ın ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Kantuelladan 27 kilometr aralıda, ocağı isə 77 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.