“Amazon” ilin sonuna qədər İngiltərədə əlavə 10 min yeni iş yeri yaradacaq

“Amazon” korporasiyası elektron ticarət bazarının genişlənməsi səbəbindən İngiltərədə ilin sonunadək heyətini 10 min nəfər artıracaq.

QİA.AZ TASS-a istinadən xəbər verir ki, şirkət İngiltərədə daha bir paylaşdırıcı distribyutor mərkəzi və dörd yeni anbar açmağı planlaşdırır. Beləliklə, bu ölkədə şirkətin işçi sayı 55 minə çatacaq.

Oxşar Xəbərlər