“Amazon” peyvənd olunmuş əməkdaşları arasında 1,6 milyon dollar uduşlu lotereya keçirir

“Amazon” şirkəti koronavirusa qarşı peyvənd olunmuş əməkdaşları arasında 1,6 milyon dollar, avtomobillər və səyahət paketləri kimi uduşlardan ibarət lotereya keçirir.

QİA.AZ-ın məlumatına görə, bu barədə “Bloomberg” agentliyi şirkətə istinadən xəbər verir.

Məlumata əsasən, lotereyanın keçirilməsində məqsəd şirkətin daha çox əməkdaşını koronavirusa qarşı peyvənd olunmağa cəlb etməkdir.

Qeyd edək ki, hazırda “Amazon” şirkətinin 1,3 milyon əməkdaşı var.

Oxşar Xəbərlər