Dünya

Amazon rəhbəri kosmosa ilk uçuşunu edib

Movavi

Milyarder Cef Bezos və daha üç sərnişini göyərtəsində daşıyan kapsul “New Shepard” raketi vasitəsi ilə həyata keçirilən uçuşdan sonra Texas kosmodromu yaxınlığında təhlükəsiz yerə enib.

QİA.AZ İnterfaks-a istinadən xəbər verir ki, bütün uçuş avtomatik rejimdə olub və 11 dəqiqədən az müddət çəkib.

Hesablandığı kimi, buraxılışdan bir neçə dəqiqə sonra təkrar istifadə oluna bilən raket 40 km yüksəkliyə qalxdıqdan sonra sərnişinlər olan kapsul ondan ayrılıb.

Daşıyıcısından ayrılan kapsul, kosmosun şərti sərhəddini – 100 km hümdürlük məsafəsini keçib.

Amerikalı sahibkarı uçuşda qardaşı Mark, 82 yaşlı qadın pilot Olli Funk və 18 yaşlı Oliver Daemen müşayiət ediblər.

Qeyd edilir ki, Ceff Bezosun “Blue Origine” şirkəti belə uçuşları 500 min dollar müqabilində təşkil edəcək.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button