Biznes

“AmCham” post-müharibə dövründə Azərbaycan hökumətinə dəstək verəcək

Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azerbaijan”) post-müharibə dövrü üçün Azərbaycan hökumətinə tam dəstək verəcəyini bəyan edir.

“QİA.AZ” xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

“260 üzvü birləşdirən Azərbaycanın ən böyük biznes assosiasiyası olaraq, Hökumətin işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı istiqamətindəki səylərini dəstəkləyir və bu istiqamətdə öz töhfəmizi verməyə hazırıq. Ölkəmizin bu ən vacib hədəfinə çatması istiqamətində dayanıqlı siyasət və müvafiq həll yollarının müəyyən edilməsi və həyata keçirilməsində Hökümət, yerli və xarici işgüzar dairələr, eləcə də digər maraqlı tərəflərlə sıx əməkdaşlıq edəcəyik.

“AmCham Azerbaijan” həmçinin, Prezident İlham Əliyevin YAŞAT Fondu yaratmasını alqışlayır və ona hər cür yardım və dəstəyi göstərməyə hazır olduğunu bildirir.

Palata, həyatını və sağlamlığını Vətən üçün qurban verən bütün qəhrəmanlara ən dərin hörmətini ifadə edir və bütün üzvlərini onların ailələrinə mənəvi və maddi dəstək göstərməyə çağırır”, – deyə açıqlamada qeyd olunub.

Əlaqəli xəbər

Back to top button