Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) ilk dəfə olaraq Toponomiya komissiyası yaradılıb.
“QİA.AZ”ın əldə etdiyi məlumata görə, komissiyaya sədr və müavinlər seçilib.
Komissiyanın tərkibinə aşağıdakı şəxslər daxil edilib:
Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, Humanitar və İctimai Elmlər bölmələrinin sədri İsa Həbibbəyli – sədr;
Ramiz Məmmədzadə – sədr müavini;
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru – Möhsün Nağısoylu.