Amerika Kubokunun finalında zədələnən Messinin son durumu açıqlanıb

Amerika Kubokunda Kolumbiya yığmasına qarşı keçirilmiş final oyununda zədələnən Argentina millisinin kapitanı Lionel Messinin durumuna aydınlıq gəlib.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə 37 yaşlı hücumçunun çıxış etdiyi ABŞ-ın “İnter Mayami” klubu məlumat yayıb.

Bildirilib ki, sağ topuq bağlarında zədə aşkarlanan ulduz futbolçunun müalicəsinə artıq başlanılıb. Təcrübəli forvardın yaşıl meydanlardan hansı müddətə kənar qalacağı müalicə dövründə dəqiqləşəcək.

Qeyd edək ki, finalda rəqibini 1:0 hesabı ilə məğlub edən Argentina millisi ardıcıl ikinci dəfə Amerika Kubokunun qalibi olub. Lionel Messi görüşün 66-cı dəqiqəsində zədələnərək meydanı tərk edib.

Oxşar Xəbərlər