“WhoScored” statistika saytı futbol üzrə Amerika Kubokunun rəmzi komandasını tərtib edib.
QİA.az xəbər verir ki, 4-4-2 taktiki sxeminə uyğun olaraq hazırlanan “11-lik”də öz mövqeyində ən yüksək reytinq xalına malik oyunçuların adları yer alıb.
Qapıçı: Rafael Romo (Venesuela, orta reytinq – 7,6)
Müdafiəçilər: Daniel Munyos (Kolumbiya, 7,22), Kristian Romero (Argentina, 7,46), Ronald Arauxo (Uruqvay, 7,38), Pyero İnkapi (Ekvador, 7,15)
Yarımmüdafiəçilər: Xames Rodriges (Kolumbiya, 7,93), Federiko Valverde (Uruqvay, 7,45), Moyses Kaysedo (Ekvador, 7,57), Aleksis Makallister (Argentina, 7,27)
Hücumçular: Lionel Messi (Argentina, 7,42), Salomon Rondon (Venesuela, 7,91).
Qeyd edək ki, Amerika Kubokunun qalibi finalda Kolumbiya millisinə 1:0 hesabı ilə qalib gələn Argentina yığması olub.