Beynəlxalq Kosmik Stansiyada fəaliyyətini davam etdirən amerikalı kosmonavt Ketlin Rubins gələn ay ABŞ-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar səs verib.
QİA.AZ-ın məlumatına görə, bu barədə kosmonavt öz “Twitter” səhifəsindən bildirib.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək. Koronavirus pandemiyası ilə əlaqədar ölkənin bəzi ştatlarında, eləcə də xarici diplomatik missiyalarda erkən səsvermə başlayıb.
Bu il prezident vəzifəsi uğrunda əsas iki namizəd hazırkı prezident Donald Tramp və Co Bayden mübarizə aparır.