Amnistiya Aktının ümumilikdə 17 min nəfərə şamil olunması gözlənilir – Nazirlik rəsmisi

Noy11,2021

Zəfər Günü münasibəti ilə təsdiq edilən Amnistiya Aktının Penitensiar Xidmətdə 5800-ə yaxın, Probasiya Xidmətində 8800 nəfər məhkuma şamil olunması gözlənilir.

Bunu Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov 8 noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü” mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Amnistiya Aktının ümumilikdə 17 min nəfərə şamil olunması gözlənilir.

Oxşar Xəbərlər