Amsterdamda Respublika Gününə həsr olunmuş bilbord böyük marağa səbəb olub

May28,2021

28 may tairixində Niderland Krallığının Amsterdam şəhərində (Kalverpassage, Kalverstraat küçəsi) 28 May- Respublika Gününə həsr olunmuş reklam xarakterli bilbord quraşdırılıb. Şəhərin mərkəzində yerləşən ticarət mərkəzində quraşdırılan bilbord yerli sakinlərin marağına səbəb olub.

“QİA.az” xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə həyata keçirilən layihə Niderland-Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru, Avropa Azərbaycanlıları Media Qrupunun rəhbəri Emil Əliyevin təşəbbüsü ilə baş tutub.
Gün ərzində Krallığın digər şəhəri –Den-Haaqda De Passage küçəsində də eyni məzmunlu bilbord quraşdırılacağı gözlənilir.

Oxşar Xəbərlər