ANAMA minaya düşən əməkdaşının vəziyyəti ilə bağlı məlumat yayıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat üçün bildirir ki, 2021-ci il 6 avqust tarixində işğaldan azad edilmiş Ağdam rayonunda mina partlayışı zamanı xəsarət alan Agentliyin əməkdaşı Əliyev Fərid Əlimusa oğlu tam həkim müayinəsindən keçirilib, baş beyin kompüter tomoqrafiyası (KT) icra edilib, eyni zamanda gözləri müayinə olunub. Zərərçəkənin başında və gözlərində heç bir ciddi xəsarətin olmadığı müəyyən edilib, partlayış zamanı ətrafa yayılan torpaq dənəcikləri gözlərindən təmizlənilib, müvafiq profilaktik tədbirlər həyata keçirilib. Vəziyyəti stabildir.

Oxşar Xəbərlər