ANAMA mütəxəssisləri cəbhəboyu ərazilərdə əməliyyatlar keçirib – FOTO

Yanvarın 1-dən 5-dək Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Füzuli, Goranboy, Qubadlı, Tərtər, Xocavənd, Zəngilan rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 17 (on yeddi) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 3 (üç) müraciət daxil olub.

ANAMA-dan QİA.AZ-a bildirilib ki, daxil olmuş 20 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 25 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 796 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd bombacıq, 8 ədəd piyada əleyhinə mina, 87 ədəd tank əleyhinə mina, 3 ədəd tank əleyhinə minanın partladıcısı və 19 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 491 ədəd mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib. Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəssislər tərəfindən 80 min 641 mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Oxşar Xəbərlər