Ancelina Colinin tablosu 19 milyona satıldı – Fotolar

ancelina coli

Bir müddət əvvəl Hollivud ulduzu Ancelina Coli evindəki tablolardan birini hərraca çıxarıb.

“QİA.AZ” xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən əsəri Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçil İkinci Dünya Müharibəsi illərində çəkib.

Ötən gün baş tutan hərracda “Tower of the Koutoubia Mosque” adlı incəsənət əsəri 2 milyon 500 min funt-sterlinqə (5 milyon 800 min manata) təklif edilsə də, rekord qiymətə satılıb.

Böyük Britaniyanın Kristis hərrac evində keçirilən auksionda tablo 8.3 milyon funt-sterlinqə (19 milyon 593 min manat) alıcı tapıb.

Oxşar Xəbərlər