Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik üzrə Daimi Komissiyasının sədri Andranik Koçaryan qanunverici orqanın tribunasında ölkənin Müdafiə Nazirliyinin Qarabağ müharibəsindəki əməliyyatları haqqında növbəti dəfə aşağılayıcı fikirlər səsləndirib.
Bu barədə “QİA.AZ” Ermənistan mətbuatına istinadən xəbər verir.
Parlamentin komissiya sədri bildirib ki, Ermənistan ordusu mövcud deyil. “Ordu praktik olaraq yoxdur, onlar ancaq silahlı şəxslərdir”, – deyə Andranik Koçaryan qeyd edib.
Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidməti isə öz növbəsində deputatın fikirlərinə qəti etiraz edib: “Biz müharibə dövründə ordunun rolunu bu qədər çox kiçiltməyə çalışmasını Koçaryanın vicdanının öhdəsinə buraxırıq”. Nazirlik bildirib ki, bu açıqlama minlərlə erməni hərbçi üçün təhqirdir.
“Əgər Koçaryan həqiqətən belə düşünürsə, onda Müdafiə Nazirliyi əsgərdən zabitədək hərbçilərin qarşısında üzr istəməsi şərtilə onu Ermənistan ordusunda məmnuniyyətlə müşayiət edəcək. Hər kəs qarşısında”, – nazirliyin bəyanatında deyilir.