“Türkiyəyə miqrantlarla bağlı maliyə yardımı davam etməlidir”.
“QİA.AZ“ xəbər verir ki, bunu Almaniyanın kansleri Angela Merkel İtaliyanın baş naziri Mario Draqi ilə keçirdiyi görüşdə bildirib.
O, 3 milyondan çox miqrantı qəbul edən Türkiyəyə Avropa İttifaqı tərəfindən maliyə dəstəyinin davam etdirilməsinin vacib olduğunu vurğulayıb.
A.Merkel Aİ-nın Türkiyəyə dəstəyinin davam etməsinin lazım olduğunu da söyləyib: “Düşünürəm ki, hər birimiz Türkiyənin əməkdaşlığı olmadan prosesə davam edə bilməyəcəyimizi qəbul edirik”.