Avqustun 30-da Ankarada Türkiyə Böyük Millət Məclisinin binasının yaxınlığında Zəfər Gününün 102-ci ildönümü münasibətilə hərbi yürüş keçirilib.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, parad “Mehteran” hərbi orkestrinin çıxışı ilə açılıb, daha sonra minlərlə hərbi qulluqçu sıraya düzülərək ölkə parlamentinin divarlarının önündən keçib.
Türkiyə Cümhuriyyətinin Dövlət Himni, eləcə də məşhur hərbi marşlar səsləndirilib.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndələri Mustafa Kamal Atatürkün rəhbərliyi ilə milli azadlıq mübarizəsinin qələbəsinin növbəti ildönümü münasibətilə yürüş iştirakçılarını təbrik ediblər.
Hərbi yürüş Türkiyə paytaxtı sakinlərinin və qonaqlarının böyük marağına səbəb olub.
Eyni zamanda, “Türk Ulduzları” pilotaj qrupu Ankara səmasında öz məharətini nümayiş etdirib.