Noyabrın 21-23-də Türkiyənin Antalya şəhərində “Energetikanın qəlbi Antalyada döyünür” mövzusunda XI Enerji Sammiti keçiriləcək.
“QİA.AZ” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, sammit iştirakçıları ölkədə karbohidrogenlərin kəşfiyyatı və hasilatına sərmayə qoyuluşu, o cümlədən Qara dənizdə “Sakarya” qaz yatağının işlənməsini müzakirə edəcək.
Sammit çərçivəsində “Elektrik enerjisinin istehsalı, ticarəti və Türkiyə bazarında bölüşdürülməsi”, “Xüsusi TUSIAD sessiyası”, “Yaşıl razılaşmanın nəticələri” və “Türkiyənin yanacaq bazarı” sessiyaları olacaq.