Antiterror tədbirlərində şəhid olmuş hərbi qulluqçuların – SİYAHISI

Müdafiə Nazirliyi sentyabrın 19-20-də keçirilmiş antiterror tədbirlərində şəhid olmuş hərbi qulluqçuların siyahısını

 https://mod.gov.az//images/pdf/331245eaa36c6c0e583bb65f1067d532.pdf  açıqlayıb.

Nazirliyin açıqladığı siyahıda hərbi qulluqçuların fotoşəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub. Lokal antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub. Şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər mülki şəxsdir. 11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcək.

Oxşar Xəbərlər