Antonio Quttereş BMT baş katibi vəzifəsinə ikinci müddət üçün namizədliyini irəli sürüb

Antonio Quttereş BMT Təhlükəsizlik Şurasının sədrinə yazdığı məktubda BMT Baş Katibi vəzifəsinə ikinci dəfə namizədliyini irəli sürdüyünü bildirib.

QİA.AZ-ın məlumatına görə, BMT-nin baş katibi bildirib: “BMT Baş Katibi vəzifəsində ilk səlahiyyət müddətim bu ilin sonunda başa çatdığından, üzv dövlətlərin iradəsi olarsa, BMT Baş katibi vəzifəsində ikinci müddət çalışmağa hazır olduğumu bildirmək istəyirəm”.

Qeyd edək ki, 71 yaşlı A.Quterreşin ilk beş illik səlahiyyət müddəti 2021-ci ilin sonunda başa çatır.

Oxşar Xəbərlər