“Apple” şirkəti “Apple TV” qurğusunu yeniləyərək onu yeni imkanlarla təchiz edəcək.
QİA.AZ- ın xarici saytlara istinadla xəbər verir ki, yeni TV qurğusunun adı “tvOS 14.5” əməliyyat sisteminin beta versiyasının kodunda qeyd olunur. Orada göstərilir ki, qurğu 120 giqahers yeniləmə tezliyini dəstəkləyir. Bunun həyata keçirilməsi üçün müvafiq monitor və ya televizor tələb olunur.
Qurğunun “Apple A14 Bionic” birkristallı sisteminə əsaslanacaq aparat hissəsində ciddi dəyişikliklər gözlənilir. Analoji prosessor “iPhone 12” smartfonunda tətbiq edilib.
“Apple TV” qurğusu smartfondan axtarışı dəstəkləyən yeni məsafədən idarəetmə pultu ilə təchiz ediləcək. “Apple” şirkəti “Apple TV” üçün xüsusi oyun manipulyatoru da buraxa bilər.
Yeni nəsil “Apple TV” qurğusunun 2021-ci ilin sonunda təqdim ediləcəyi gözlənilir. 64 giqabaytlıq toplayıcıya malik əsas variantın qiymətinin 150 dollar təşkil edəcəyi bildirilir.