Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonundakı bağçalar da bağlanacaq.
“QİA.az” xəbər verir ki, aprelin 5-dən dövlət və özəl məktəbəqədər təhsil müəssisələri bağlanır.
Məlumatı Bakı Şəhər İcra Hakimiyyəti təsdiqləyib.
Qeyd edək ki, dünən Təhsil Nazirliyi sözügedən şəhər və rayonlarda ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkil olunacağı ilə bağlı məlumat yaymışdı.
QİA.az