Aprelin 5-dən bağçalar da bağlanır – RƏSMİ

Apr2,2021

Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonundakı bağçalar da bağlanacaq.

“QİA.az” xəbər verir ki, aprelin 5-dən dövlət və özəl məktəbəqədər təhsil müəssisələri bağlanır.

Məlumatı Bakı Şəhər İcra Hakimiyyəti təsdiqləyib.

Qeyd edək ki, dünən Təhsil Nazirliyi sözügedən şəhər və rayonlarda ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkil olunacağı ilə bağlı məlumat yaymışdı.

Bizi “Telegram”da izləyin.

QİA.az

Oxşar Xəbərlər