Dekabrın 21-də, saat 10:00-da “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“QİA.AZ” xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 175 ünvanında (“Nobel Plaza”, 4-cü mərtəbə) yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin 2021-ci il üçün büdcəsinin təsdiq edilməsi və digər məsələlər daxidir.
Xatırladaq ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” bu ilin avqust ayında yaradılıb. Onun nizamnamə kapitalı 2 187 500 manatdır. Şirkətin səhmdarları hər biri 14,3% payla 7 yerli sığorta şirkəti – “PAŞA Sığorta”, “Qala Sığorta”, “Meqa Sığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Xalq Sığorta”, “Azsığorta” və “Bakı Sığorta” ASC-lərdir.
“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondunun idarəedici təşkilatıdır. Maliyyə qurumu sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyat keçirir. Onun təsisçiləri isə aqrar sığorta sistemində vasitəçi kimi fəaliyyət göstərir.