Monitorinqlər zamanı 3 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Bu barədə QİA.AZ-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində 2021-ci il noyabrın 2-də ölkə üzrə 399 ictimai iaşə obyektində 704 monitorinq keçirilib. Monitorinqlər zamanı 3 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, Park Bulvar ticarət mərkəzində yerləşən, hüquqi şəxs “Gravity” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Woki Oki” restoranı;
2. Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, Park Bulvar ticarət mərkəzində yerləşən, fiziki şəxs Bülent Kökə məxsus “Ye doy” kafesi;
3. Bakı şəhəri, Suraxanı rayonu, İ.Məmmədov 1c ünvanında yerləşən, fiziki şəxs Hüseynov Xalıqverdi Kamal oğluna məxsus “Olimp Çay Evi” kafesi.