AQTA daha dörd obyekti cərimələnib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 405 ictimai iaşə obyektində 669 monitorinq keçirib.

AQTA-dan “QİA.AZa verilən məlumata görə, monitorinqlər zamanı müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail ‎rayonu, Neftçilər prospektində yerləşən, fiziki şəxs Əliyev Elton Pehruz oğluna məxsus kafe;

2. Bakı şəhəri, Xətai rayonu, Vunq Tau 3 ünvanında yerləşən, hüquqi şəxs “Resant Consulting And Managment” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Xaçapuri park” restoranı;

3. İsmayıllı rayonu, Babək küçəsində yerləşən, fiziki şəxs Mövlamov Məhərrəm Mövlam oğluna məxsus restoran;

4. Şəki şəhəri, Giləhli 36 ünvanında yerləşən, fiziki şəxs Quliyeva Günel Fərruz qızına məxsus restoran.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

Oxşar Xəbərlər