AQTA ictimai iaşə müəssisələrində nöqsanlar aşkarlayıb – SİYAHI

AQTA

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

AQTA-dan QİA.AZ-a bildirilib ki, nəzarət tədbirləri çərçivəsində 5 mart 2021-ci il tarixində ölkə üzrə 340 ictimai iaşə obyektində 614 monitorinq keçirilib. Monitorinqlər zamanı 31 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:

– Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları 137 ünvanında yerləşən, fiziki şəxs Tağıyev Elvin Elşad oğluna məxsus restoran;

– Bakı şəhəri, Xətai rayonu, Ziğ şosesi, ev.14-ün qarşısında yerləşən, fiziki şəxs Əliyev Yaşar Vəli oğluna məxsus yeməkxana;

– Bakı şəhəri, Xətai rayonu, R. Quliyev küçəsi 1 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Sadiq Sakit oğluna məxsus kafe;

– Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov, ev.22 ünvanında yerləşən, fiziki şəxs Əkbərov Nicat Nazir oğluna məxsus kafe;

– Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov ştq, G. Mehmandarov, ev.133c, m.133c ünvanında yerləşən, fiziki şəxs Quliyeva Leyla Nurəddin qızına məxsus restoran;

– Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev, ev.51a ünvanında yerləşən, fiziki şəxs Hüseyn Sadiqov İntiqam oğluna məxsus çay evi;

– Bakı şəhəri, Nəsimi rayonu, 28 May, ev.11, m.3 ünvanında yerləşən, fiziki şəxs Əhəd Allahverdiyev Nəsib oğlun məxsus kafe;

– Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayilov küçəsində yerləşən, fiziki şəxs Cəfərov Yusif Bəxtiyar oğluna məxsus “Korsar” restoranı;

– Bakı şəhəri, Nəsimi rayonu, Cavad Xan, 3005-ci məhəllə ünvanında yerləşən, fiziki şəxs Orxan Haciyev Rəfael oğluna məxsus kafe;

– Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə, ev.47c ünvanında yerləşən, fiziki şəxs Nadir Babayev Natiq oğluna məxsus “Mark” restoranı;

– Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski, ev.76 ünvanında yerləşən, fiziki şəxs Rəşad Abbasov Xanlar oğluna məxsus “Bəyaz” restoranı;

– Bakı şəhəri, Aşıq Molla Cümə küç., ev28 ünvanında yerləşən, fiziki şəxs Əsədov Elvin Elsəvər oğluna məxsus kafe;

– Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov, ev 53 ünvanında yerləşən, fiziki şəxs Məleykə Abbasova Ağca qızına məxsus kafe;

– Bakı şəhəri, Xətai Rayonu, Rəşid Bağırov, ev.41 ünvanında yerləşən, fiziki şəxs Əşrəf Məmmədov Həmid oğluna məxsus “Tovuz” kafesi;

– Bakı şəhəri, Xətai rayon, Dostluq küç. 21 b ünvanında yerləşən, fiziki şəxs Cavid Verdiyev Cəmiyat oğluna məxsus “Mayak” çay evi;

– Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun, ev.7 ünvanında yerləşən, hüquqi şəxs “Tarz Kafe Və Restoran” MMC-yə məxsus “Tarz Kafe və Restoran”;

– Bakı şəhəri, Nəsimi rayonu, Nizami, ev.83 ünvanında yerləşən, fiziki şəxs Çoban Samed Batuhana məxsus kafe;

– Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət, ev.26/76, 1-ci mərtəbədə yerləşən, fiziki şəxs Abadov Emil Mədət oğluna məxsus “Saat” pub restoranı;

– Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə, ev.124, m.29 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Surac Elton oğluna məxsus “Bakı” kafesi;

– Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə ştq, Azadliq pr. (Rəsulzadə qəs.), Z. Qəmbərov küçəsinin kəsişməsində yerləşən, fiziki şəxs Rauf Nağiyev Mirzəkişi oğluna məxsus kafe;

– Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən, fiziki şəxs İsgəndərov Rəşad Rövşən oğluna məxsus kafe;

– Bakı şəhəri, Biləcəri qəsəbəsi, Ordubadi, ev.50 ünvanında yerləşən, fiziki şəxs Şahverdiyev Rəşad Elman oğluna məxsus “Qədirxum” dönər evi;

– Yevlax şəhəri, Bərdə-Yevlax yolunda yerləşən, fiziki şəxs Qaraşov Vaqif Səftər oğluna məxsus kafe;

– Gəncə şəhəri, Nizami küç., ev.0, m.0 ünvanında yerləşən, fiziki şəxs Qarayev Kərim Rasim oğluna məxsus kafe;

– Gəncə şəhəri, Ş. İ. Xətai, ev.147 ünvanında yerləşən, fiziki şəxs Bağırova Pərvanə Qalib qızına məxsus kafe;

– Şirvan şəhəri, N. Nərimanov küçəsində yerləşən, fiziki şəxs Məmmədov Məlikağa Məmmədxan oğluna məxsus çay evi;

– Şəmkir şəhəri, Mehdi Hüseyin küçəsində yerləşən, fiziki şəxs Heydərov Nofəl Elxan oğluna məxsus kafe;

– Şəmkir şəhəri, Səməd Vurğun küçəsində yerləşən, fiziki şəxs Əliyev Niyaz Kərəm oğluna məxsus kafe;

– Ağsu rayonu, Səməd Vurğun küçəsində yerləşən, fiziki şəxs Hüseynov Balahüseyn İmamqulu oğluna məxsus kafe;

– İsmayıllı rayonu, N. Nərimanov küçəsində yerləşən, fiziki şəxs Mirzəliyev Ramin Eliağa oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Oxşar Xəbərlər