Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan alma məhsuluna tətbiq edilən məhdudiyyətlərin tam aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlarla birgə müvafıq tədbirlər davam etdirilir.
Bu barədə “QİA.AZ”a AQTA-dan məlumat verilib.
“Ölkəmizdə fəaliyyət göstərən bitkiçilik təsərrüfatlarında, həmçinin Rusiyaya alma tədarükü ilə məşğul olan müəssisələrdə mütəmadi olaraq monitorinqlər aparılır, eyni zamanda bitki mühafizəsi tədbirləri həyata keçirilir.
Həmin təsərrüfatlarda həyata keçirilən sağlamlaşdırma tədbirləri nəticəsində Rusiya Federasiyasına alma məhsullarının ixracına mərhələli şəklində icazələrin verilməsi ilə bağlı hazırda AQTA və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılır, – məlumatda qeyd olunub.