EnergetikaManşet

“Aramco” yaşıl layihələrə maraq göstərir

Səudiyyə Ərəbistanının “Saudi Aramco” dövlət neft-qaz şirkəti 2050-ci ilədək karbon qaz tullantılarını sıfırlamaq hədəfinə uyğun layihələrə sərmayə qoymaq ehtimalını araşdırır.

QİA.AZ” “Angi”yə istinadən xəbər verir ki, bu mənada “yaşıl” hidrogenium və ammonyak istehsalı nəzərdə tutulur. Bununla bağlı “Modern İndustrial İnvestment” şirkəti ilə Anlaşma Memorandumu imzalanıb. Həmçinin karbon tullantılarının ixtisarı ilə bağlı layihələrə dair də bir sıra tərəfdaşla sənəd imzalanıb.

Xatırladaq ki, bərpa edilən enerji suyun parçalanması yolu ilə əldə edildiyi üçün “yaşıl” hidrogenium başqa texnoloji üsullara nisbətən ən təmizdir. Məsələn, təbii qazdan əldə edilən hidrogeniuma “göy”, karbon qazı tullantısı ilə istehsal edilən hidrogeniuma da “boz” deyilir.

Əlaqəli xəbər

Back to top button